Kapello Ronaldonu tənqid etdi: “Hamı onun komandaya yük olduğunu görür”

Məşhur italiyalı məşqçi Fabio Kapello Kriştianu Ronaldou tənqid edib. O, portuqaliyalı ulduzun özünü gözdən saldığını düşünür.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Ronaldonun davranışından narazıdır: “Kriştianu özü günahkardır. Yüksək səviyyəli karyeraya malik olmaz sənə üstünlük qazandırmır. Bir oyunçu kimi səviyyəsi müzakirə mövzusu ola bilməz, lakin indi özünü eqoist olaraq göstərir. Son vaxtlar özünü yaxşı aparmadı, klubdan ayrıldı, gedib özünü müxtəlif klublara təklif etdi. Amma davranışları üzündən ona inanan birini tapa bilmir. Çünki hamı onun komanda üçün yük olduğunu görür”.

Bu arada Ronaldonun keçəcəyi gözlənlən “Əl-Nəsr”in direktoru Amarselo Salasar açıqlama verib. O, futbolçunun qərarını gözlədiklərini deyib: “İlin sonuna qədər vəziyyəti izləyəcəyik. Bu anlaşma həm klub, həm Səudiyyə Ərəbistanı, həm də dünya futbolu üçün önəmi var. Amma qərarı futbolçu verməlidir, mən onun əvəzinə nəsə deyə bilmərəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right