Millimizin dünya çempionatı üçün heyəti məlum oldu

Dekabrın 26-da Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatına start veriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdə iştirak edəcək Azərbaycan şahmatçılarının adları məlum olub.

Ölkəmizi kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edəcək.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da yekunlaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right