“Liverpul”la “Tottenhem” də ona göz dikib

Slovakiyalı futbolçu Milan Skriniar karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Liverpul” və “Tottenhem” müdafiəçinin xidmətində maraqlıdır. Hər iki klub 27 yaşlı slovakiyalı “İnter”lə yeni müqavilə imzalamayacağı halda, onunla danışıqlar apara bilər.

Skriniarın Milan təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir. Öncədən PSJ-nin və “Çelsi”nin də onunla maraqlandığı bildirilirdi.

Skriniar 2017-ci ilin iyulundan “İnter”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right