“Neftçi”nin “sükanı arxasında” olan Laurentsiu Regekampfla maraqlanan Rumıniya təmsilçisi “Universitatya Krayova”nın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, klubun maliyyə dəstəkçisi Mixai Rotaru “Universitatya Kluj”da işləyən rumıniyalı Eugen Neaqo ilə razılıq əldə edib. O, bu postda Mirel Redoyu əvəzləyəcək. Öncədən Rotaru Regekampfla da maraqlandıqlarını təsdiqləyib.
Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 47 yaşlı rumıniyalı mütəxəssis Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nı çalışdırıb.