Türkiyə Superliqasında 16-cı turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci matç günündə daha 3 qarşılaşma keçirilib. Turun mərkəzi görüşündə "Fənərbaxça" səfərdə "Trabzonspor" 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, turnir cədvəlinə 29 xalla (14 oyun) "Fənərbaxça" başçılıq edir. "Qalatasaray" 27 xalla (13 oyun) 2-ci, "Başakşehir" 27 xalla (14 oyun) 3-cü, "Başakşehir" 27 xalla (14 oyun) 4-cü, "Trabzonspor" 26 xalla (14 oyun) 5-cidir.
24 dekabr
"Hatayspor" – "Giresunspor" - 1:1
Qollar: Yıldırım, 75 (1:0), Bayiç, 87 (1:1)
"Kasımpaşa" – "Sivasspor" - 1:2
Qollar: Saba, 14 (0:1), Ben Uanes, 39 (1:1), Qradel, 65 (1:2)
"Trabzonspor" – "Fənərbaxça" - 2:0
Qol: Qomes, 61, Trezeqe, 90+11