“Nyukasl” klubu yazılanların əksinə olaraq, “Barselona”nın hücumçusu Memfis Depayı transfer etməyi düşünmür.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi hazırda 28 yaşlı futbolçu üçün kataloniyalılarla danışıqlar aparmır. Niderlandlı futbolçunun taleyinə qış transfer pəncərəsində aydınlıq gələcək.
Depay 2021-ci ilin iyulunda “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 matçda 14 qol vurub.
O, Niderland millisinin heyətində DÇ-2022-də çıxış edib. Depay mundialda 5 matçda iştirak edib və 1 qol vurub.