Luis Suaresin yeni klubu müəyyənləşmək üzrədir.
Newsport.az-ın məlumatına görə, uruqvaylı hücumçu karyerasını Braziliyada davam etdirəcək. 35 yaşlı forvard bu ölkənin "Qremio" klubu ilə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edk ki, Luis Suares son olaraq Uruqvayın "Nasyonal" klubunda çıxış edib.