FİFA "Valensiya" və "Atletiko"nun futbolçularını futboldan uzaqlaşdıra bilər

FIFA Uruqvay millisinin üzvləri Edinson Kavani və Xose Mariya Ximenesi 6 aya qədər futboldan uzaqlaşdırmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, buna səbəb Kavaninin dünya çempionatının Qana ilə görüşündən sonra VAR monitorunu, Ximenesin isə FIFA nümayəndəsini vurmasıdır.

FIFA İntizam Komitəsi yekun qərarını fevralın sonunda açıqlayacaq.

Kavani "Valensiya"da, Ximenes "Atletiko"da oynayır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right