“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 17-ci turunda "Vest Hem"ə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin təhlükəli olduğunu bildirib:
"Vest Hem”in oyunçuları çox təhlükəlidir. Çünki dəqiq bilirəm ki, Moyes komanda ilə çox çalışıb. O, klubun potensialını maksimum dərəcədə artırıb və komandanı yeni səviyyəyə qaldırıb. Əminəm ki, onlar çox çalışıblar, çox çətin matç olacaq".