"Mançester Siti"nin mərkəz müdafiəçisi Ruben Dias sıradan çıxıb.
Newsport.az-ın məlumatına görə, müdafiəçi Qətərdə keçirilən dünya çempionatı zamanı milli komandanın düşərgəsində zidindən zədə alıb.
Bu səbəblə Diaş təxminən bir aya yaxın oynamayacaq.
Maraqlıdır ki, futbolçu 1/8 finalda İsveçrəyə qarşı matçda (6:1) zədələnsə də, Mərakeşlə 1/4 final görüşündə (0:1) oynamışdı. Məhz bu, onun zədəsini yeniləyib, meydandan daha uzun müddət uzaq qalmalısına səbəb olmuşdu.