Argentina millisinin və "Benfika"nın futbolçusu Enzo Fernandes "Liverpul"a keçə bilər.
Newsport.az-ın məlumatına görə, İngiltərə klubu argentinalı yarımmüdafiəçi üçün "Benfika" ilə danışıq aparacaq.
Enzonun hazırkı komandası ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
O, bu mövsüm "Benfika"da 24 oyuna çıxıb, 3 qol vurub və 5 assist edib. Fernandeslə demək olar ki, Avropanın bütün nəhəng klubları maraqlanır. Onun hansı komandaya keçəcəyi yayda dəqiqləşəcək.