Fransa millisinin sabiq üzvü Blez Matuidi aktiv futbolçu karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "İnter Mayami"dən ayrıldıqdan sonra klubsuz idi.
Ona bir neçə klubdan təklif olsa da, futbolçu karyerasını başa vurmaq fikrini dəyişməyib.
Fransa millisinin sabiq üzvü "Trua", "Sent-Etyen", PSJ və "Yuventus"da oynayıb.