Fransa klubu baş məşqçisiz qaldı

"Anje" baş məşqçisiz qalıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cerald Batikle postunu tərk edib.

Əslində, 53 yaşlı mütəxəssislə noyabrın 23-də yollar ayrılmışdı. Amma onun müqaviləsinə rəsmən bu gün xitam verilib.

Müvəqqəti olaraq komanda Abdel Buxazma təyin olunub. Hazırda “Anje” Fransa çempionatında sonuncu pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right