“Əl Nəsr”dən sərfəli təklif alan, bununla belə, adı müxtəlif klublarla yanaşı hallanan Kriştianu Ronaldo hələ də işsizdir. Son olaraq “Arsenal”a keçəcəyi deyilən futbolçunun meneceri də boş dayanmır.
Newsport.az xəbər verir ki, Ronaldo az qala hamıya təklif olunub. Bunu “Ayntraxt”ın baş direktoru Aksel Hellman deyir: “Ronaldonu hətta bizə də təklif ediblər. İçimdə onun Çempionlar Liqasında mübarizə aparan bütün klublara məsləhət görüldüyünə dair bir hiss var”.
Əslində, Ronaldo özü də Çempionlar Liqasında oynamaq istəyini gizlətmir. Onun üçün yeni klubunun maliyyə şərtlərindən daha çox ən nüfuzlu turnirdə oynaması önəmlidir.