"Barselona"nın prezidenti Messini geri qaytarmaq istəyir

“Barselona” PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istəyir.

Newsport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta yaxın günlərdə argentinalı ilə danışıqlara başlayacaq. 

Amma argentinalının qayıdışı PSJ ilə müqaviləsi baş çatdıqdan sonra baş tuta bilər. 

Təcrübəli futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatacaq. 

35 yaşlı futbolçu 2004-2021-ci illərdə "Barsa"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right