"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri məlum olub.
Newsport.az-ın məlumatına görə, belaruslu mütəxəssis ölkəsində çalışacaq. 41 yaşlı məşqçi "Şaxtyor"la anlaşıb. Bu barədə Soliqorsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. Baqa yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabr ayından bu ilin sentyabrınadək "Sumqayıt"a rəhbərlik edib. "Kimyaçılar" cari mövsümdə 41 yaşlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 7 oyunun 4-də məğlub olub, 3 dəfə isə heç-heçə edib.