Ronaldoya yalnız bu klub rəsmi təklif göndərib

Hazırda azad agent olan portuqaliyalı hücumçu Kriştiano Ronaldoya cəmi bir rəsmi təklif irəli sürülüb.

Newsport.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri  məlumat yayıb. Bunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu olduğu bildirilir.

"Mançester Yunayted"dən ayrılan futbolçunu heyətində bir çox klub görmək istəyər. Lakin 37 yaşlı oyunçu üçün rəsmi təklifi ancaq Əl-Riyad təmsilçisi irəli sürüb. Qətərin "Əl-Sədd" klubu da Ronaldo variantinı nəzərdən keçirsə də, məsələ danışıqlar səviyyəsinə çatmayıb.

Mənbənin məlumatına görə, Ronaldo "Əl-Nəsr"ə keçərsə, onun reklamlar daxil illik gəliri 200 milyon avrodan çox olmayacaq. Daha əvvəl Səudiyyə klubu bildirmişdi ki, portuqaliyalı ilə 2022-ci ilin sonuna qədər müqavilə bağlayacağını gözləyir.

Xatırladaq ki, Kriştiano Ronaldo bu mövsümü "Mançester Yunayted"də başlasa da, DÇ-2022 ərəfəsində ingilis klubu ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right