Kolo Muani üçün mübarizə başladı

DÇ-2022-də parlayan daha bir futbolçu aparıcı klubların diqqət mərkəzinə düşüb. Randal Kolo Muani İngiltərə nəhənglərinin transfer hədəfidir.

Newsport.az xəbər verir ki, “Liverpul” və “Tottenhem” futbolçunu heyətinə qatmaq üçün mübarizədə əsas rəqiblərdir. Onlar qışda, ən geci mövsüm bitdikdən sonra hücumçunu Premyer Liqaya gətirməyə çalışır.

Bu klubların rəqabəti “Ayntraxt”ın işinə yarayır. Almaniya təmsilçisi təklif aldığı hər iki klubla danışıqlara başlayıb və daha sərfəli variantı dəyərləndirəcək. Kolo Muaniyə 60 milyon avro qiymət qoyulub. “Nant”dan azad agent kimi bu il heyətə qatılan futbolçu, 2027-nin yayına kimi Bundesliqa təmsilçisinə bağlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right