"Ronaldo ikinci dövrəyə hazırlaşır"

“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand DÇ-2022-də 1/4 finalda mübarizəni dayandıran Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

Newsport.az "Dailly Express"ə istinadən xəbər verir ki, o deyib: “Bəli, mən onunla danışdım. ona yazdım. Ronaldo istirahət edir, məşqlərə və işlərə qayıdır, ikinci dövrəyə hazırlaşır”.

Xatırladaq ki, Portuqaliya 1/4 final mərhələsində Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Ronaldo Mərakeşlə matça ehtiyat oyunçular skamyasında başlayıb və yalnız 51-ci dəqiqədə, komandası 0:1 hesabı ilə uduzduğu vaxt meydana çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right