Neymar yekun qərar üçün yeni baş məşqçini gözləyir

Neymar Braziliya millisi ilə bağlı qərarını verməyib. O, yığma karyerasına davam edib-etməyəcəyini yazda dəqiqləşdirəcək.

Newsport.az xəbər verir ki, Dünya Çempionatındakı fiaskodan sonra Neymar millidən getmək haqqında düşündüyünü demişdi. O, qəti qərar vermədiyini, amma bu barədə ciddi düşündüyünü bildirmişdi. Futbolçu özünü klub karyerasına həsr etməyi və gənclərə yol açmağı daha doğru hesab edirdi.

Amma indi vəziyyət dəyişib. Fiaskonun şoku arxada qalıb, Neymar qısa istirahətdən sonra özünə gəlib. Komanda yoldaşları israrla onun millidə qalmasını istəyir. Bununla belə, futbolçu yeni baş məşqçi təyinatından sonra yekun qərarını açıqlayacaq. O, yeni çalışdırıcının istəklərini, hədəflərini bilmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right