"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundakı gələcəyi haqda danışıb.
Newsport.az xəbər verir ki, o, Radio Rai"ya açıqlamasında deyib:
“Gələcəkdə məni nələr gözlədiyini bilmirəm, bu gün üçün yaşayıram. Hazırda Madriddə özümü əla hiss edirəm, komandanın bu mövsüm nail olmaq üçün çoxlu hədəfi var. Gələcək haqqında düşünməyə vaxt olacaq. 2024-cü ilin yayına qədər müqaviləm var və əgər "Real" məni evə göndərməsə, o vaxta qədər heç yerə getməyəcəyəm".
Qeyd edək ki, Ançelottinin adı Braziliya millisi ilə hallanır.