Zidan Deşamın istefasını gözləyir?

Fransa yığmasının baş məşqçisi Didye Deşamın komandada qalmaq ehtimalı azdır. O, finaldan sonra təşkil olunan mətbuat konfransında federasiya rəhbərliyi ilə danışdıqdan sonra qərar verəcəyini bildirsə də, artıq seçimini edib.

Newsport.az xəbər verir ki, məşqçi millinin bir neçə oyunçusu ilə söhbətində mundialdan sonra istefa verəcəyini, özünü klub futbolunda sınamaq istədiyini deyib. Yığmada yaşanan qalmaqallar – Kərim Benzema ilə bağlı olay, həkimlərlə oyunçuların yola getməməsi və s. də bu qərarda rol oynayıb.

Fransa mətbuatına inansaq, Braziliya yığmasından təklif alan Zinəddin Zidan da məhz bu səbəbdən səbr edir. O, Deşamın gedəcəyinə əmindir və təyinat üçün zamanını gözləyir.

Bu arada “Real”ın futbolçusu Toni Kroos da Zidanla bağlı danışıb. O, Madrid klubunda birgə çalışdığı məşqçiyə dəstək verib: “Zidan Deşama təkcə yaxşı xələf deyil, ən ideal namizəddir. Deşamın hansı qərarı verəcəyini bilmirəm, amma onu əvəz edəcək ən layiqli şəxs Zinəddindir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right