“Barselona” Yuranoviçi transfer etmək istəyir

Cinah müdafiəçisi axtarışına davam edən “Barselona” indi də Yosip Yuranoviçin izinə düşüb. Mundialda əla oyunu ilə seçilən Xorvatiya yığmasının üzvü qışda İspaniyaya yollana bilər.

Newsport.az xəbər verir ki, müqaviləylə “Seltik”ə məxsus olan futbolçu “Barselona”nın ana transfer hədəfinə çevrilib. Tezliklə Şotlandiya klubuna rəsmi təklif göndəriləcək. “Seltik” mundialdan öncə Yuranoviçlə mövcud müqaviləsini artırmaq istəyirdi. Lakin xorvat daha yaxşı şərtləri olan yeni anlaşmaya razılıq vermədi. “Barselona”nın ortaya çıxmasından sonra isə futbolçunun Qlazqoda qalmaq ehtimalı tamamilə azalıb.

Danışıqlar müsbət yekunlaşsa, yanvarda Yuranoviç İspaniyada peyda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right