"Atletiko"nun forvardını İngiltərədən beş klub istəyir

"Arsenal" və "Lids" "Atletiko"nun hücumçusu Mateus Kunya üçün mübarizəyə girişib.

Newsport.az "Goal"a istinadən xəbər verir ki, artıq hər iki klub futbolçunun agenti ilə danışıqlara başlayıb.

Futbolçunun özü  karyerasını İngiltərədə davam etdirməkdə maraqlıdır.

"Arsenal" və "Lids"dən savayı "Çelsi", "Vulverhempton" və "Aston Villa" da Kunyanı istəyir.

Onun hansı komandaya keçəcəyi qış fasiləsində bəlli olacaq. 23 yaşlı futbolçu "Sion", "Leyptsiq", "Herta"da oynadıqdan sonra 2021-ci ildə "Atletiko"ya keçib.

​O, 2021-ci ildən Braziliya milli komandasının şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right