Messi ilin ən yaxşı idmançısı seçildi

Britaniyanın məşhur nəşri BBC 2022-ci ilin ən yaxşı idmançısını açıqlayıb.

Newsport.az xəbər verir ki, bu ada Argentina millisinin və PSJ-nin üzvü Lionel Messi layiq görülüb.

Mükafat il ərzində dünya səviyyəsində ən mühüm uğura imza atmış idmançıya təqdim olunur. Messi isə Argentina millisi ilə DÇ-2022-nin qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.

2021-ci ildə "BBC Sports" irlandiyalı Reyçel Blekmoru ən yaxşısı seçilib. O, 182 illik yarış tarixində "Grand National" yarışını qazanan ilk qadın hokkeyçi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right