Ronaldo yenə İngiltərədə oynayacaq

Kriştianu Ronaldo İngiltərəyə qayıdır. “Mançester Yunayted”lə müqaviləsini ötən ay qarşılıqlı razılıqla pozan portuqaliyalıya yeni müştəri var.

Newsport.az xəbər verir ki, “Arsenal” transfer üçün hərəkətə keçib. Dünya Çempionatında ağır zədələnən Qabriel Jesusun yerini məhz Ronaldo doldurmalıdır. Səudiyyə Ərəbistanına yollanmaqdan imtina edib Avropada qalmaq istəyən Kriştianu da bu keçiddə maraqlıdır.

Ronaldonun gəlməsini baş məşqçi Mikel Arteta istəyir. O, rəhbərliyə keçidi həll etmək üçün müraciət edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right