İran çempionatında dördüncü turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə,Cənubi Azərbaycanın klubu "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb.
Təbriz təmsilçisi səfərdə "Padideh Xorasan"la üz-üzə gəlib. Bu görüşdə "Traktor Sazi" 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Traktor Sazi" keçirdiyi dörd oyundan sonra hazırda 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
21 avqust
İran çempionatı, 4-cü tur
18:00. "Padideh Xorasan" - "Traktor Sazi" - 1:0
Qol: Şakeri, 86 (1:0)