Makron Deşamdan bunu xahiş etdi

Fransa prezidenti Emmanuel Makron Didye Deşamı milli komandanı tərk etməməyə çağırıb.

Newsport.az xəbər verir ki, o deyib: “Əlbəttə, Deşamdan qalmasını xahiş etdim, onun qalmasını istəyirəm! Mən ona dedim ki, fikirləşsin”.

Qeyd edək ki, 54 yaşlı mütəxəssisin müqaviləsi dekabrın sonuna kimi hesablanıb. Fransa Futbol Federasiyasının rəhbərliyi yanvarda yeni müqavilənin bağlanmasını müzakirə etmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right