Dünya çempionatlarında qol rekordu

Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb.

Newsport.az xəbər verir ki, mundialda ümumilikdə qapılara 172 qol vurulub.

1998 və 2014-cü ildəki dünya çempionatlarında isə oyunçular 171 dəfə fərqlənmişdilər.

Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb.

Xatırladaq ki, ötən gecə baş tutan Argentina – Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right