Luis Suares Meksikada oynaya bilər

Luis Suares yenə transfer hədəfidir. 35 yaşlı hücumçu bu gün də tələb olunan oyunçular siyahısındadır.

Newsport.az xəbər verir ki, uruqvaylı forvard karyerasını Meksikada davam etdirə bilər. Vətənində, doğma klubu “Nasional”da qısa dönəm keçirən Suares “Krus Asul”la danışıqlar aparır.

Meksika klubunun prezidenti Viktor Velaskes Suaresi transfer etmək üçün ciddi iş apardıqlarını bildirib: “Hələ müsbət cavab yoxdur. Luislə görüşdüm, təklifimizi çatdırdım. Ondan imtina eşitməmişik, bizə səbrlə və həyəcanla gözləmək qalır”.

Suares hazırda daha sərfəli variantların sorağındadır. Avropaya dönməyi düşünən forvard, ərəb ölkələrindən, həmçinin MLS klublarından təklif gözləyir. O, “Krus Asul”a yalnız digər dəvətləri götür-qoy etdikdən sonra cavab verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right