Fransa millisinin üzvü Kilian Mbappe dünya çempionatlarında 11-ci qolunu vurub.
Newsport.az məlumatına görə, 24 yaşlı hücumçu DÇ-2022-nin finalında hazırda Argentina ilə keçirilən oyunda dubl edib.
Qol sayına ingiltərəli Qari Lineker və həmyerlisi Qabriel Batistutanı geridə qoyan forvard almaniyalı Yurgen Klinsmana çatıb.
Qeyd edək ki, Mbappe bu dünya çempionatında 7 qol vurub və yalnız Argentina millisinin kapitanı Lionel Messidən (8) geri qalır.