"Qalatasaray" "Sevilya"nın 16 milyon avroluq təklifini qəbul etmədi

İspaniyanın "Sevilya" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, Əndəlus təmsilçisinin əsas hədəfi "Qalatasaray"ın futbolçusu Viktor Nelssondur. Yayda "sarı-qırmızılar"dan rədd cavabı alan "Sevilya" ikinci dəfə rəsmi təklif göndərib.

İspanların 24 yaşlı mərkəz müdafiəçisi üçün irəli sürdüyü təklif 13+3 milyon avrodur. "Qalatasaray" isə danimarkalı futbolçunu müqaviləsində olan 25 milyon avroluq sərbəstqalma məbləğindən aşağı satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində 13 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right