Mahir Emreli "Dinamo" ilə məşqlərə başladı

"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli komanda ilə məşqlərə qoşulub.

Newsport.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardın daha əvvəl dekabrın 19-da komandaya qoşulacağı deyilsə də, Emreli toplanışa daha tez qatılıb.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right