Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe Paris klubunda debüt edib.
Newsport.az-ın məlumatına görə, 15 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoldaşlıq görüşündə əsas komandanın heyətində meydana çıxıb. 30 dəqiqəlik iki hissə formatında keçirilən matçda Ethan Mbappe 45-ci dəqiqədə Fabian Ruisin əvəzinə oyuna girib.
Qarşılaşma PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.