"Mbappe üçün Kriştiano Ronaldo toxunulmazdır" PSJ-nin futbolçusu

PSJ-nin futbolçusu, hazırda icarə əsasında "Leyptsiq"də çıxış edən Abdu Diallo maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi "Monako"da və PSJ-də komanda yoldaşı olan Kilian Mbappe haqda danışıb. O, fransalı hücumçunun Kriştiano Ronaldo fanatı olduğunu deyib:

"Lionel Messi və Kriştiano Ronaldonu müqayisə etsəniz, Mbappe bu mövzuda sizinlə bir saat mübahisə edə bilər. Ronaldo sözün əsl mənasında Kilian üçün hər şeydir, toxunulmazdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right