Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Almaniyanın “Hamburq” klubunun xorvatiyalı futbolçusu Mario Vuşkoviç 4 il müddətinə diskvalifikasiya olunub.
 
Newsport.az xəbər verir ki, buna səbəb 21 yaşlı müdafiəçinin antidopinq qaydalarını pozması göstərilib.
 
Mümkün sanksiyalarla bağlı əlavə proseslərlə hazırda Almaniya Futbol Assosiasiyasının idman hüquqşünası məşğul olur.
 
Qeyd edək ki, Xorvatiyanın U-21 yığmasının formasını geyinən Mario Vuşkoviç “Hamburq”a bu ilin yayında ölkəsinin “Hayduk” klubundan keçib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right