PSJ Feliks üşün hərəkətə keçdi

“Atletiko”dan ayrılacağı dəqiqləşən Joao Feliksə yeni müştəri var. PSJ portuqaliyalını transfer etmək üçün fəaliyətə başlayıb.

Newsport.az xəbər verir ki, fransızların dünəndən başlayaraq yeni transfer bombasını partlatmağa hazır olduqlarını bəyan etməsi boşuna deyil. Parislilər Madrid klubuna təklif göndərməyə hazırlaşır.

“Arsenal”ın bugünədək Joaonu heyətinə qatmağa favorit olduğu bir zamanda PSJ-nin ortaya çıxması vəziyyəti dəyişib. 130 milyon avroluq tələbi ödəmək iqtidarında olmayan londonlular geri çəkilməyə məcburdur. Feliks də PSJ-ni arzuladığından qısa zaman ərzində bu keçid reallaşmalıdır.

Baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi üçün Madriddən ayrılan 23 yaşlı hücumçu hazırda istirahətdədir. Mundialdan sonra tətilə çıxan oyunçu geri dönən kimi parislilər əməli fəaliyyətə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right