“Azərreyl” avrokuboklarla erkən vidalaşdı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda mübarizəni dayandırıb.

Newsport.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçisi olduğu komanda 1/16 final mərhələsinin cavab matçında Almaniyada “Zul” kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub.

“Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı – 1:3.

Xatırladaq ki, daha əvvəl kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış Kuboku ilə vidalaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right