Argentina millisinin üzvü Xulian Alvares yeni uğura imza atıb.
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, buna ötən gecə DÇ-2022-nin yarımfinalında 2 qol vurmaqla nail olub. 22 yaş, 316 günlüyündə olan futbolçu braziliyalı Peledən (17 yaş, 249 gün) sonra mundialların yarımfinal və ya final matçında dubl edən ən gənc oyunçu adını qazanıb. B
Qeyd edək ki, Alvares Argentina millisində 2021-ci ilin iyununda debüt edib. O, komandanın heyətində 18 oyunda 7 qol vurub. O, DÇ-2022-də ümuilikdə 4 qola imza atıb.