Messi Argentina futbolunun tarixinə düşdü

Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu buna DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə matçda (3:0) qol vuraraq nail olub. O, 34-cü dəqiqədə penaltidən fərqlənib və mundiallarda vurduğu qolların sayını 11-ə yüksəldib.

Beləliklə, Messi dünya çempionatlarında vurduğu qolların sayına görə Argentina millisinin sabiq futbolçusu Qabriel Batistutunu ötüb. O, Argentina yığmasının tarixində mundiallarda ən çox qol vuran futbolçu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right