Braziliya Futbol Federasiyası milliyə baş məşqçi axtarışını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Karlo Ançelotti "Real"dan ayrılmaq istəmədiyinə görə, federasiya Zinəddin Zidanla danışıqlara başlayıb.
"Kral klubu"nun sabiq çalışdırıcısının bu millidə çalışmaq istəyib-istəmədiyi isə hələ ki, dəqiq deyil.
Xatırladaq ki, Braziliya millisi Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzaraq mundialla vidalaşmışdı.