Braziliya millisinin yeni baş məşqçisi bu vaxt açıqlanacaq

Braziliya millisinin yeni baş məşqçisinin açıqlanacağı vaxt müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb. Yeni çalışdırıcının adı 2023-cü ilin yanvarında açıqlanacaq.
 
Bildirilir ki, CBF-nin rəhbəri Ednaldo Rodriges müstəqil olaraq yeni məşqçi axtarışındadır. Konfederasiya prezidenti heç kimə qurum adından yeni məşqçi axtarışına icazə verməyib. 

Xatırladaq ki, 2016-cı ildən Braziliya millisində çalışan Tite komandanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlub olaraq (1:1, 2:4) mübarizəni dayandırmasından sonra baş məşqçi vəzifəsini tərk edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right