"İngiltərə ildən-ilə daha yaxşı ola biləcək komandadır"

Almaniyalı millisinin veteran forvardı Yurgen Klinsmann DÇ-2022-nin 1/4 final matçında İngiltərənin Fransaya uduzması haqda danışıb.

Newsport.az "Goal.com"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis İngiltərə yığması barədə xoş fikirlər səsləndirib:

"İngiltərə millisi tərəfdən çox müsbət oyun oldu. Əslində, Fransa - İngiltərə matçı yarımfinal və ya final olmalı idi. Təəssüf ki, komandalardan biri vətənə qayıtmalı oldu. Bu, hələ də inkişaf edən, ildən-ilə daha yaxşı ola biləcək komandadır. Onların heyətində çoxlu istedadlı var. Üç turnirdən sonra daha yaxşı təcrübəyə malikdirlər. İngiltərə hələ çox iş görə bilər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right