Argentina millisinin üzvü "Liverpul"a doğru

"Liverpul" "Benfika" və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır.

Newsport.az "ESPN Futbol Argentina"ya istinadən xəbər verir ki, mersisaydlılar yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdır. 

Portuqaliya klubunun rəhbərliyi bir müddət əvvəl futbolçunu 120 milyon avronu ödəyəcək kluba satacağını bildirmişdi.

Yarımmüdafiəçi 2019-2022-ci illərdə “River Pleyt”ə məxsus olub.

2020/2021 mövsümündə “Defensa Xustisiya”da icarə əsasında çıxış etmiş Enzo yayda “Benfika” ilə anlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right