DÇ-2022: Argentina millisi darmadağınla finalda! Yenilənib

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya - 3:0

Qollar: Lionel Messi, 34 (pen.). Xulian Alvares, 39; 69

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right