"Ronaldo Portuqaliya bayrağıdır"

Portuqaliya millisinin üzvü Pepe komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi 37 yaşlı hücumçunu tərifləyib: 

“Ronaldo bizim Portuqaliya bayrağımızdır. Onun nailiyyətləri bütün dünyaya yayılır. Ronaldonun Portuqaliyaya böyük töhfəsi var. Buna görə də biz ona minnətdar olmalıyıq”.

Qeyd edək ki, Portuqaliya millisi 2 gün əvvəl DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzub və mübarizəni dayandırıb. Bu mundial Ronaldonun karyerasındakı 5-ci DÇ olub. O, hər bir mundialda qol vurmağı bacarıb.O, turnirdə 22 matçda səkkiz qola imza atıb. Lakin bunların hamısı qrup mərhələsinin görüşlərində baş verib. Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right