"Çelsi" çempionata verilən fasilədən səmərəli istifadə etmək məqsədilə yoxlama görüşündə qüvvəsini sınayıb.
Newsport.az xəbər verir ki, London təmsilçisi "Aston Villa" ilə üz-üzə gəlib.
Abu-Dabidə keçirilən matçda "Aston Villa" 1:0 qələbə qazanıb. Birmingem təmsilçisinin yeganə qolunu Con Makginn vurub.
"Çelsi" Premyer Liqada 14 turdan sonra 8-ci, "Aston Villa" 12-cidir.