DÇ-2022: “İndi bir yerə qapanıb, ağlamaq istəyirəm”

Braziliyalı hücumçu Riçarlison milli komandanın DÇ-2022 ilə vidalaşmasından sonra hisslərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bəxt amilinin yığmadan uzaq düşdüyünü deyib:

“İndi bir yerə qapanıb, ağlamaq istəyirəm. Mən heç kimi görmək istəmirəm.

Çox təəssüf ki, bu turnirdə qalib gələ bilmədik. Braziliyaya böyük ümidlər bəslənirdi, amma yenə də bəxtimiz gətirmədi”.

Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər – 2:4), turnirlə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right