“Müasir futbolda belə nağılların olması çox gözəldir” Məsut Özil

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Məsut Özil Mərakeş millisi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, o, Mərakeş yığmasının dünya çempionatının yarımfinalına vəsiqə qazanmasını böyük uğur adlandırıb:

“Sadəcə, qürur! Afrika və müsəlman dünyası üçün böyük nailiyyətdir. Müasir futbolda belə nağılların hələ də olması çox gözəldir”.

Mərakeş millisi DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya qalib gələrək (1:0), yarımfinala yüksəlib. Növbəti mərhələdə onların rəqibi Fransa millisi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right