"Daha effektli olan komanda qalib gəldi" Portuqaliya prezidenti

Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza DÇ-2022-nin 1/4 finalında ölkəsinin yığmasının Mərakeşə məğlubiyyətini şərh edib.

Newsport.az-ın məlumatına görə, 73 yaşlı portuqaliyalı siyasətçi Fernando Santuşun rəhbərlik etdiyi kollektivin yarımfinala adlaya bilməməsi haqda bunları deyib:

"Pis gün idi. Daha effektli olan komanda qalib gəldi. Komandaya, növbəti dünya kubokunda oynamaq şansı az olan yaşlı futbolçulara təşəkkür edirəm".

Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşə 0:1 uduzaraq yarımfinala çıxa bilməyib. Afrika təmsilçisi isə finala adlamaq üçün Fransa ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right